• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 31.07.2019 16:29

Amil Həmzəyev “Rıbnitsa”dan ayrıldı

KepezTV Player

Son 4 ildə karyerasını ölkə xaricində davam etdirən basketbolçu Amil Həmzəyevin Moldova macərası başa çatıb. Gəncə basketbol məktəbinin yetirməsi son mövsümdə şərəfini “Rıbnitsa” klubundan ayrılıb. 2019-ci ilin əvvəlindən Moldovada oynayan Amil müqaviləsi sona çatdığından və yeni təklif olmadığından komandanın sıralarını tərk edib. 29 yaşlı mərkəz oyunçusu “Rıbnitsa” ilə ölkə çempionatında 3-cü yeri tutub. Bürünc mükafatlarla yanaşı, kollektiv ölkə kubokunu da qazanıb. Xatırladaq ki, “Rıbnitsa” Həmzəyevin karyerasında ikinci xarici klub olub. O, daha əvvəl Ukraynanın “Kremen” komandasında legioner həyatı yaşayıb.

 

Azad Rəfi