Ötən ilin noyabrında Gəncədə partlayış nəticəsində dağılan yaşayış binasının yerində çoxmərtəbəli yeni bina tikilir. İnşası sürətlə davam edən tikilinin ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.
Şahlar Hüseynov, 13 A ünvanında yerləşən binanın söküntüsünə bu ilin əvvəlindən başlanılıb. Yeni tikilinin inşasına isə may ilk günlərindən başlanılıb. Ümumi sahəsi 4570 kvadrat metr təşkil edən bina 5 mərtəbəli, 2 bloklu olacaq. Layihəyə görə yaşayış binasında yerləşəcək mənzillərdən 25-i bir, 10-u iki, 15-i isə üç otaqlıdır. Bütün mənzillər tam təmirli şəkildə sakinlərin istifadəsinə veriləcək. Bina mərkəzi istilik sistemi ilə də təmin ediləcək.
Xəyal Vəliyev - tikinti mühəndisi: Hazırda üçüncü mərtəbənin beton işləri yekunlaşıb. Dördüncü mərtəbənin hazırlıq işləri gedir. Yaxınlarda hörgü işlərinə başlanılacaq. Müasir tikili olacaq. Qabaqkı binadan çox-çox gözəl, yaraşıqlı binadı və sakinlərə təhvil veriləcəkdi.
Hazırda burada 30-a yaxın canlı qüvvə çalışır və tikinti işlərinin tez bir zamanda başa çatdırılması üçün bütün tikinti materialları təmin edilib. İnşaat tam yekunlaşandan sonra ərazidə abadlıq işləri də aparılacaq. Yaşıllıq zolağı salınacaq, işıq dirəkləri basdırılıb, oturacaqlar qoyulacaq. Bundan başqa, uşaqların əylənməsi üçün meydança da salınacaq. Həmçinin binanın qarşısında mərasim zalı tikiləcək.
- Baxış: 1630