KepezTV Player
Avqustunda 1-dən qarşıdakı mövsümün hazırlıqlarına başlayacaq “Kəpəz” məşqlərə Gəncədə start verəcək. Komanda çalışmaların ilk hissəsini şəhər stadionunda keçirəcək. Birinci həftənin məşqi əsasən, bərpaedici xarakter daşıyacaq. “Sarı-göylər” hazırlığın növbəti mərhələsini Nizami yurdundan kənarda keçirmək niyyətindədir. Plana uyğun olaraq “Kəpəz”in təlim-məşq toplanışı üçün Bakıya yollanması nəzərdə tutulub. Paytaxtda 10 günlük toplanış müddətində kollektiv yoxlama oyunlarında da qüvvəsini sınamağı planlaşdırır. Məşqçilər korpusu komandanın heyətini gəncəli futbolçulardan formalaşdırmağı qarşıya məqsəd qoyub. Bu səbəbdən də ötən mövsüm Gəncə klubunun şərəfini qorumuş bəzi oyunçularla yenidən müqavilə bağlanacaq.
Orxan Cəfərzadə
- Baxış: 656