• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 30.07.2019 12:49

“Yaylaq Könüllü Düşərgəsi” başlayıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “Yaylaq Könüllü Düşərgəsi”nə strat verilib. Respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan və müsahibə yolu ilə seçilən 45 iştirakçı 4 gecə-5 gün davam edəcək layihə çərçivəsində Gəncə, Göygöl, Goranboy və Şəmkir rayonlarında yerləşən təsərrüfat sahələrində olacaq, təlim keçəcək, aqrar komplekslərə ekskursiyalarda iştirak edəcəklər. Məqsəd kənd təsərrüfatına marağın artırılması və aqrar sahə üzrə ixtisaslaşan kadr potensialının inkişafına dəstək olmaqdır. Layihənin açılış mərasimində “Aqrar İnkişaf Könüllüləri”nin həyata keçirdiyi layihələr, xidmət sahələri, məqsədləri və gələcək hədəflər barədə ətraflı məlumat verilib.