• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4418
— 30.07.2019 12:19

Brilliant daş satan dəstə zərərsizləşdirilib

KepezTV Player

Əlbir olub, qiymətli daş-qaşı münasib qiymətə satıb, varlanmaq istəyən beş nəfər elə “iş başında” yaxalanıb. Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları müəyyən edilib. İlkin dindirilmə zamanı şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Dəstə üzvləri qeyri-qanunu əməllərində bütün xırdalıqları nəzərə alsalar da, göründüyü kimi bu heç bir nəticə verməyib. Necə deyərlər haqq incəlsə də, qırılmayıb. Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb.