KepezTV Player
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı Azərbaycan idmançılarının uğurlu çıxışı ilə yadda qalıb. Komandamız yarışın tarixi ərzində ən yaxşı nəticəsinə imza atmaqla, festivalı 4-cü sırada başa vurub. Millimizin hesabına 10 qızıl, 7 gümüş və 6 bürünc olmaqla 23 medal yazılıb. Komandamızın əldə etdiyi nailiyyətlərdə Gəncə idmançıları da pay sahibi olub. Belə ki, nüfuzlu yarışda yığmamızın heyətində yer alan Nizami yurdunun 4 təmsilçisindən 3-ü fəxri kürsüyə yüksəlməyi bacarıb. Cüdo idman növü üzrə Turan Bayramov və sərbəst güləş üzrə Murad Haqverdiyev festivalın qızıl medalını qazanıb. Qadın güləşində isə Gültəkin Şirinova yarışın gümüş mükafatına yiyələnib.
Azad Rəfi
- Baxış: 889