• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 29.07.2019 12:03

Silsilə oğurluqlar edən dəstə zərərsizləşdirildi

KepezTV Player

Quba RPŞ əməkdaşları tərəfindın aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vuran oğru dəstə tutulub. Araşdırmalarla saxlanılan şəxslərin Lerik rayonu sakinləri - 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və onun qohumu 38 yaşlı Əkbər Dadaşov olduğu müəyyən edilib. Əlavə araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazaya qanunsuz daxil olub, oradan pul və tütün məmulatlarını oğurlayıblar. Qənimətlər Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri, növbəti dəfə başqa bir mağazanı yarmaq istəsələr də, buna nail ola bilməyiblər. Oğurluq yolla əldə edilən pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilən qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etmədikləri araşdırılır.