• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 27.07.2019 15:49

“Küçə gitaraçıları və qraffiti festivalı”

KepezTV Player

Gədəbəydə gənc mədəniyyət işçilərinin I Beynəlxalq yay düşərgəsi çərçivəsində “Küçə gitaraçıları və qraffiti festivalı” təşkil olunub. Parkın müxtəlif güşələrində gitara ustalarının ifaları səslənib və qraffiti ustaları öz əsərlərini 500-ə yaxın yerli və xarici iştirakçıya nümayiş etdiriblər. Belə layihələr gənc mədəniyyət işçiləri arasında əməkdaşlığın, yoldaşlıq və dostluq hisslərinin formalaşmasına, sərbəst fikirlərin, yeni ideyaların ortaya çıxmasına, eləcə də problemlərin birlikdə həllinə hesablanır. Xarici qonaqlar düşərgənin təşkilatçılığını yüksək qiymətləndirərək, rayonun gəncəri ilə bərabər əyləniblər.

Rauşan Maldibayeva - qazaxıstanlı qonaq: “Bu gün burada çöx gözəl mədəni tədbirlər keçirilir. Artıq bir neçə gündür biz burada bir neçə mədəni kütləvi tədbirdə iştirak edirik. Həqiqətən çox istedadlı yeniyetmə və gənclərin olduğunu gördük. Belə tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsinə təkan verəcək”.

Asif Usubəliyev - Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktoru: “Mən çox ümid edirəm ki, Gədəbəy sakinləri bu günləri uzun müddət yadda saxlayacaqlar. Bizim ustadlarımız, gitaraçılarımız, yəni Bakıdan qonaq gəlmiş gitaraçılarımız bu gün Gədəbəy gəncləri üçün sözün əsl mənasında bir bayram təşkil eləyirlər”.