• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 25.07.2019 14:50

Ölkəyə mobil telefonlar keçirmək istəyən şəxs saxlanılıb

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mazda 3" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 9 ədəd mobil telefon, 1 ədəd "qulaqlıq", mobil telefon üçün 6 ədəd qutu, 3 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.Faktla bağlı araşdırma aparılır.