• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4914
— 25.07.2019 16:20

Turan Bayramov Olimpiya Festivalının çempionu olub

KepezTV Player

Son Avropa birinciliyinin qalibi olan Nizami yurdunun yetirməsi 60 kq-da bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Turanın finaldakı rəqibi rus idmançı olub. Qızıl xaladək uzanan görüşdə tatami ustamız qonşu ölkə təmsilçisini ippona salaraq qələbə qazanıb.

Ümumiyyətlə cüdoçularımız günü 3 medalla tamamlayıblar. Turan Bayramovdan fərqli olaraq digər iki idmançımız komandamıza bürünc medal qazandırıb. Bunlar 55 kq-da yarışan Şükran Zamanlı və 44 kq çəkidə Gülşən Bəşirova olub.

 

Orxan Cəfərzadə