• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 25.07.2019 12:19

Qazaxda güləş üzrə açıq rayon birinciliyi keçirilib

KepezTV Player

Qazax Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyəti, yerli Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda sərbəst güləş idman növünün əsasını qoymuş əməkdar bədən tərbiyyəsi və idman xadimi, prezident təqaüdçüsü, Əməkdar məşqçi Kamal Əhmədovun 85 illik yubileyinə həsr olunan sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib. Turnirə Qazaxla yanaşı, ətraf şəhər və rayondan 100-dən çox idmançı qatılıb. Yarışın təntənəli açılış mərasimində çıxış edənlər Qazaxda güləş idman növünə olan maraqdan və ötən illər ərzində yerli güləşçilərin əldə etdikləri uğurlardan danışıblar. Kamal Əhmədovun  idmanın inkişafı istiqamətində tarixi xidmətləri xatırlanıb. Birincilikdə idmançılar müxtəlif çəki dərəcəsində qalib adı uğurunda mübarizə aparıblar. Gərgin və maraqlı keçən yarışı N saylı hərbi hissəinin əsgərləri də izləyiblər. Sonda yubilyara Qazax Rayon İcra Hakimiyyətinin fəxri fərmanı, ilk üç yeri tutan idmançılara medallar təqdim olunub.

Sahib Namazov - yarışın baş hakimi: Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim Əhmədov Kamal Məhəmməd oğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş açıq Qazax rayon turniri keçirilir. Yarışda Qazax rayonundan 4 komanda, Ağstafa, Tovuz və Şəmkir rayonlarından ümumilikdə 113 idmançı qalib adı uğrunda mübarizə aparır.

Natiq Hüseyn