Son 5 ildə Gəncənin yaşıllıq zolaqları demək olar ki, 150hektardan çox genişləndirilib. Bu da ümumilikdə 400 mindən çox yeni ağacın əkilməsi deməkdir. Böyük zəhmət tələb edən prosesi Gəncə Şəhər Yaşıllaşdırma şöbəsi ilə yanaşı, şəhərdə fəaliyyət göstərən müxtəlif idarə və müəssisələr həyata keçirir.
Təkcə ötən il şəhərin park və xiyabanlarına, eləcə də küçə və prospektlərin kənarlarına Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən 90 mindən çox ağac əkilib. Əsasən yerli iqlim şəraitinə uyğun olan Eldar şamı, Xan çinar, Küknar və Sərv ağacları basdırılsa da, şəhərin yaşıllaşdırılmasında xaricdən gətirilən dekorativ bitkilərdən də istifadə olunur.
Rizvan Quliyev - Gəncə şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin baş aqronomu: Bilirsiz həqiqətəndə Gəncədə son bir neçə ildə yaşıllıqların artırılması geniş vüsət alıb. Və bu hər il artan qrafiq üzrə davam edir. Bilirsiz ki, yaşıllıqların saxlanılması böyük əmək tələb edir. Xüsusəndə isti yay aylarında ağac və gül kollarına mütəmadi qulluq tələb olunur. Bunun üçün şöbəmiz bu aylarda gücləndirilmiş iş rejimində çalışır.
Bu ilin sonuna kimi şəhərin müxtəlif ərazilərinə 80 min yeni ağac tinglərinin, 100 mindən çox gül kolunun əkilməsi nəzərdə tutulur. Bununla belə təhlükə törədən çoxillik, inkişaf dövrünü başa vuran ağaclar aşkar olunaraq zərərsizləşdirilir.
Rizvan Quliyev - Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqronomu: Əraziləri daim nəzarətdə saxlamaq üçün şöbənin 4 aqranomu və 550 işçisi növbəli şəkildə öz sahələrinə qulluq edirlər. Bununla belə yaşıllaşdırma şöbəsi ekologiya idarəsi ilə birgə şəhərdə quru və təhlükə törədən ağacları birgə aşkar edərək zərərsizləşdirilir. Və bu proses davamlı olaraq aparılır. Kəsilən ağacların yerinə isəyeni ağaclar əkilir.
Yaşıllıqların qorunmasında isə tək adiyyəti qurumlar deyil, sadə vətəndaşlar da maraqlı olmalıdırlar. Çünki ətraf mühitin, ana təbiətin qorunması hər birimizin borcumuzdur.
Elton Cabbarlı
- Baxış: 588