• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4874
— 24.07.2019 12:25

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib

KepezTV Player

Bundan sonra Gəncə klubu Yaşar Vahabzadə çalışdıracaq. Vahabzadə və məşqçilər korpusuna daxil olan köməkçiləri - Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüblər. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış edən 11 oyunçu qatılıb. Yaşar Vahabzadə təyinatından danışaraq köməkçilərini komanda üzvlərinə təqdim edib. Gəncənin və “Kəpəz”in Azərbaycan futbolundakı mövqeyindən bəhs edən təcrübəli mütəxəssis yerli futbol məktəbinin potensialına güvəndiyini deyib. Baş məşqçi daha sonra oyunçuları dinləyib. Görüşün sonunda komandaya uğurlar arzulanıb. Kollektivin yaxın günlərdə məşqlərə başlayacağı qeyd olunub.

Yaşar Vahabzadə bundan öncə də “Kəpəz”də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə - 2017/2018-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. 59 yaşlı çalışdırıcının vaxtilə rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Orxan Cəfərzadə