• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 23.07.2019 16:30

Ağcaqanad dərmanları təhlükəlidirmi?

KepezTV Player

Yayın ən böyük problemlərindən biri, bəlkə də birincisi, hava qaralan zaman pəncərədən otağa daxil olan ağcaqanadlardır. Özləri balaca olsa da, insanlara böyük narahatlıq verir. Amma biz onlardan qorunmaq yollarını artıq bilirik. Bəs, bilməyənlər nə etməli ? Bax bu suala əməkdaşımız Fidan Muradlı aydınlıq gətirib.

Pəncərələrdə torlar, bu həşəratların bizi dişləməsinə mane olan  müxtəlif kremlər, losyonlar  və s... Bəs hansı seçim daha faydalıdır? Mütəxəssis məsləhəti olacaq, amma əvvəlcə gəlin görək sakinlər ağcaqanadlardan necə qorunurlar ?

Evdə yandırdığımız, yaxud da xüsusi aparatla havaya spesifik qoxu yayan dərmanlar - ağcaqanadlardan qorunmaq üçün bu alternativlərin sağlamlığımıza təsiri necədir? Zərərvericiləri məhv etmək üçün istifadə edilən dərmanlar təhlükəlidirmi?

Deyirlər  milçək özü bir şey deyil, amma könül bulandırır. Eyni şeyi ağcaqanad barədə də demək olar. Bəzən bütün gecəni yuxusuz qalmaq üçün ağcaqanadın yalnız vızıltısı kifayətdir. Buna görə də onlarla mübarizə aparmaq lazımdır. Amma təhlükəsizlik məsələlərinə əməl etmək  şərtilə...

Fidan Muradlı