• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4914
— 23.07.2019 12:24

Gəncənin daha bir güləşçisi Olimpiya Festivalında fərqləndi

KepezTV Player

Bu qadın güləşində Nizami yurdunu təmsil edən Gültəkin Şirinova olub. 46 kq çəkid xalça üzərinə çıxan zərif cinsin nümayəndəsi finala qədər Finlandiya, Belarus və Fransa idmançılarını məğlub edib. Həlledici  görüşdə Şirinova Rumıniya təmsilçisi ilə üz-üzə gəlib. Xanım pəhləvan qarşılaşmanın əvvəlində 2:0 önə keçsə də, sonradan tuşeyə düşüb. Məğlub olan  Gültəkin gümüş medalla kifayətlənib. 

İkinci yarış günü güləş yarışlarında komandamız ümumilikdə 6 medal qazanıb. Yunan-Roma güləşində 2 qızıl, sərbəst növdə 1 gümüş və bürünc, qızların mübarizəsində isə 2 gümüş mükafat əldə edilib. Xatırladaq ki, Gəncəyə ilk medalı birinci yarış günü sərbəst güləşçi Murad Haqverdiyev qazandırıb. O fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

 

Orxan Cəfərzadə