• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 23.07.2019 12:13

Maşın ağaca çırpıldı

KepezTV Player

Goranboyun Veyisli kənd ərazisində avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində, 41 yaşlı Əliyar Verdiyev və 56 yaşlı Malik Məhərrəmov xəsarət alıb. Hər ikisi xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır . Daha bir qəza Qazax rayonunda olub. Çaylı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri maşında sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktlar araşdırılır.