• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3946
— 23.07.2019 12:09

7 maşın toqquşdu, 5 nəfər yaralandı

KepezTV Player

Paytaxtda zəncirvari qəza olub. Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olan "Schacman" markalı yük maşını 2 ədəd "Mercedes", "Volkswagen", "Ravon", "Lifan" və "BMW" markalı avtomobillərə çırpılıb. Əraziyə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub. Hadisə nəticəsində "BMW"-nin sürücüsü 54 yaşlı Şirxan Əhmədov, həyat yoldaşı 54 yaşlı Reyhan Quliyeva və övladı 24 yaşlı Mirvari İlyaszadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Eləcə də "Volkswagen"-də olan 2 xanım da yaralanıb. Qəzadan sonra yolda böyük tıxac yaranıb. İlkin məlumata görə, hadisəyə səbəb "Schacman"ın sürücüsü olub. Tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub. Faktla bağlı araşdırma aparılır.