• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 19.07.2019 18:32

Turan Bayramov Olimpiya festivalında Gəncəni təmsil edəcək

KepezTV Player

Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Heyətdə yer alan tatami ustaları arasında Gəncə cüdo məktəbinin yetirməsi Turan Bayramov da var. 60 kq çəkidə çıxış edən idmançı nüfuzlu yarışda ən böyük medal ümidlərindəndir. Bunu Bayramovun bu ilki qazandığı nailiyyətlər də sübut edir. Belə ki, cüdoçu yeniyetmələr arasında Azərbaycan birinciliyinin, həmçinin Avropa kubokunun qalibi adını qazanıb. Turan karyerasında ən böyük uğuruna isə ötən ayın sonunda nail olub. Nizami yurdunun yetirməsi Polşada təşkil edilən Avropa birinciliyinin baş mükafatına yiyələnib.

 

Orxan Cəfərzadə