• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 16.07.2019 16:32

Turan Bayramov Yaponiyada hazırlığını davam etdirir

Gənc sərbəst güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışını davam etdirir. İyulun 7-dən gündoğar ölkəyə səfər edən millimizin 10 nəfərdən ibarət heyətində gəncəli güləşçi Turan Bayramov da yer alıb. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionu olan pəhləvan yığma ilə birgə ayın 17-dək məşq prosesi keçəcək. Nizami yurdunun yetirməsi gələn ay Estoniyada keçiriləcək gənclər arasında dünya çempionatına hazırlaşır. 65 kq-da çıxış edən Turan öz çəkisində yerli idmançılarla yoxlama görüşlərində də gücünü yoxlayır. Qeyd edək ki, Komatsu şəhərində təlim-məşq toplanışında olan yığmamız fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində də işləyir.

 

Orxan Cəfərzadə