• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 22.07.2019 15:59

Tütün sahələri genişləndirilib, məşğulluq artıb

KepezTV Player

Bu il Goranboyun 5 dağətəyi kəndində 8 hektar sahədə tütün becərilir. Şitillər əsasən Zaqataladan gətirilərək apreldə əkilib və bu günədək becərilməsi aparılıb. Bölgədə tütünçülüyü inkişaf etdirmək üçün fermerlərə güzəştli şərtlərlə kredit də verilib. ((STAND UP)) Goranboylu fermerlər bu il əkib beçərdiyi tütün sahəsinin hər hektarından 2 tona yaxın məhsul əldə etməyi praqnozlaşdırılar. Şəki Tütün fabriki ilə bağlanılan müqaviləyə əsasən qurudulmuş tütünün 1 kiloqramı 2 manat 20 qəpiyə satılacaqdır. 
Bölgədə tütünçülük ənənəsinin davam və inkşaf etdirilməsi məqsədilə dövlət tərəfindən fermerlərə hər hektar üçün 50 manat məbləğində subsidiya verilir. Goranboy Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, tütün sahələrinin genişləndirilməsi hesabına kənd sakinlərinin məşğulluğu da artıb. Mövsüm ərzində 300-dən artıq sakin tütün sahələrinin becərilməsi və məhsul yığımına cəlb olunur. Sovet dönəmində Goranboyda hər il 30-40 hektar ərazidə tütün əkilib və yüksək məhsuldarlıq əldə olunub. Lakin 90-cı illərdən başlayaraq bu sahəyə marağın azalması rayonda tütün əkininə mənfi təsir edib. Artıq 3 ildir ki, dövlət dəstəyinə arxalanan fermerlər Goranboyda tütünçülük ənənəsini geri qaytarmağı qarşılarına məqsəd qoyublar.