• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 22.07.2019 16:35

Tovuzda yeni məktəb binaları inşa olunur

KepezTV Player

Rayonun Bozalqanlı və Alakol kəndlərində tikilən yeni məktəblər müasir standartlara cavab verməklə  təhsilin inkişafına təkan olacaq.

Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi 1971-ci ildən istifadəyə verilib.  Ötən illər ərzində burada təhsil alan şagirdlərin bilik göstəriciləri ilbəil artıb. Əldə olunan uğrular fonunda məktəb binasının günün tələblərinə cavab verməməməsi yeni tədris korpusunun inşasına zəmin yaradıb. Hazırda kənddə 1200 şagird yerlik yeni bina tikilir.

Habil Çobanov - iş icraçısı: Məktəb 3 mərtəbə 6 korpursdan və 60 otaqdan  ibarətdir. Hal hazırda burda 60 nəfərdən ibarət yerli sakinlərimiz işləyir. Eyni zamanda məktəb ərazisində idman meydançası da təhvil veriləcəkdir.

Tovuz rayon Alakol kənd tam orta məktəbinin şagirdləri də növbəti tədris ilindən müasir standartlara cavab verəcək yeni məktəb binasında oxuyacaqlar. Təhsil Nazirliyi tərəfindən ötən ilin oktyabrından tikintisinə başlanan 624 şagird yerlik, 25 sinif otaqlı binada standartlara uyğun fənn kabinetləri də fəaliyyət göstərəcək.

Ələddin Həsənov - iş icraçısı: 2 ədəd fizika laboratoriyası, iki ədəd kimya laboratoriyası, əmək təlimi kabineti, hərbi hazırlıq otağı, informatika təlimi kabineti, kitabxana, akt zalı, yeməkxana var. Hal-hazırda son tamamlama işləri gedir, yaxın günlərdə həyətdə abadlıq işlərinə başlanır. İstifadəsi tədris ilinə nəzərdə tutulub.

2018-2019-cu dərs ili ərzində Tovuz rayonunun Sarıtala, Hacıhəsənli, Qoşakənd, Şamlıq, Quşçu və Qaralar kəndlərində ümumi orta məktəblər üçün yeni modul tipli binalar inşa olunub.  

Natiq Hüseyn