• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 22.07.2019 12:10

Çinli qadının çantasını soydu

KepezTV Player

Bakı şəhəri, Yasamal rayonu ərazisində sərnişin avtobuslarından birində Çin vətəndaşı olan qadının çantasından oğurluq edilib. Zərərçəkən bu barədə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsinin götürüldüyünü bildirib. Həyata keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb. O, əməlini etiraf edib. Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun fevralda Yasamal rayonunda bir avtomobilin açıq qalan pəncərəsindən salona daxil olaraq 800 manatdan artıq pul oğurladığı da məlum olub. Araşdırmalar davam etdirilir.