• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 22.07.2019 12:13

Ağır qəzada ölən var

KepezTV Player

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax magistralının 381 km-də "VAZ 2107" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü Gəncə sakini, 37 yaşlı Rahib Zeynalov hadisə yerində dünyasını dəyişib. Digər maşının sürücüsü 80 yaşlı Telman Gülməmmədov və avtomobillərdə olan daha üç nəfər xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sərnişinlər ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırmalara başlanılıb.