• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3743
— 20.07.2019 16:38

İçməli və texniki suyun tərkibi ciddi nəzarətə götürülüb

KepezTV Player

Gəncədə içməli və texniki suyun tərkibi ciddi nəzarətə götürülüb.  Məqsəd isti yay günlərində əhali arasında yarana biləcək xəstəliklərin qarşısını almaqdır. Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, şəhərin su mənbələrində, su anbarlarında və arteziyan quyularında mütəmadi olaraq yoxlamalar aparılır. Bu günə kimi sudan götürülən kimyəvi və bioloji analizlərin nəticələri qənaətbəxş hesab edilir.  Şəhərin küçələrində fərdi qaydada içməli suyun satışını həyata keçirən maşınlarda ciddi yoxlamaların aparılması üçün səlahiyyətlər hələ ki dayandırılıb, buna baxmayaraq ümumi manitorinqlər aparılır.