• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 19.07.2019 20:30

Gənclər evliliyə niyə gecikirlər?

KepezTV Player

Oğlanların evliliyə həvəsli olmamasında çox vaxt nədənsə iqtisadi məsələlər ön plana çəkilir. Amma psixoloqlar deyirlər ki, bu, sadəcə olaraq, aysberqin görünən tərəfidir. Əslində məsələnin kökündə bir sıra psixoloji məqamlar dayanır.

Taciyə Mehdisoy psixoloq: Burda uşaqlıqdan gələn tərbiyə, məsuliyyət məsələsi də var. Maşın, maddi imkan, davamlı iş ondan sonra evliliyə addım atılması daha məqsədə uyğun hesab olunur. Nəyisə əldə etmək insan xarakterinə, temperament tiplərinə görə fərqli olduğu üçün bəzi insanlar bunu tez, bəziləri isə gec əldə edir. Ona görə də evlilik yaşı gecikir.

Gənclərin evliliyə gecikməsində digər təsiredici amil isə ailə faktorudur. Müəyyən fikir ayrılıqlarının, konfiliktlərin yaşana biləcəyi ehtimalı ailə tərkibinə alınacaq şəxs barəsində subayları təkrar düşünməyə vadar edir. Amma hər bir halda, xanımlarla müqayisədə bəylər sözügüdən məsuliyyətli seçim barədə daha az düşünür, evliliyə gec can atırlar.

Taciyə Mehdisoy psixoloq: Qadın düşünmür ki,özümə böyük karyera qurmalıyam, mənim kifayət qədər gəlirim olmalıdır. Çünki qadının ailə üçün gətirdiyi gəlir ailəyə dəstəkdir. Amma kişinin gətirdiyi gəlir birbaşa ailəni idarə etmək üçün lazım olan puldur. İndi əslində vəziyyət dəyişib. Qadınlar da sözün əsl mənasında karyera qurub, öz ayaqları üstə dayanıb sonra ilə qurmağa can atırlar. Nisbət dəyişməyib, amma müəyyən qədər münasibət dəyişib. İqtisadi məsələlərdən əlavə qadın uşaqlıqdan ailə həyatına demək oalr ki, hazır olur.Onun gəlinciklərlə oynamağı belə, gələcəkdə ana kimi formalaşmağına hardasa gətirib çıxara bilir.

Oğlanların evlilikdən çəkinməklərinin digər səbəbi isə uşaq vaxtdan beyinlərinə yeridilən "Subaylıq sultanlıqdır" prinsipidir.

Taciyə Mehdisoy psixoloq: Düşünürlər ki, evlilikdən sonra məsuliyyətim daha çox olacaq və subaykən yaşadığım əyləncəni evli vaxtı yaşaya bilməyəcəksən. Bu da münasibətdə tərbiyə formasında dəyişilməlidir. Əslində övladımıza tərbiyə verərkən deyilməlidir ki, subaykən dostlarınla əylənirsənsə, evliykən ailə üzvlərinlə əylənmək, yanındakı qadını, övladlarını əyləndirmək sənin boynuna düşən əsas məsələlərdən biridir. Oğlanlara ailəsini xoşbəxt etmək öyrədildikdən sonra onların özləri də xanımlarını və ailəsini xoşbəst etməkdən zövq alacaqlar.

Bəzi hallarda kənd-şəhər amili, yaş, psixologiya, dünyagörüşü fərqlilikləri də evlilik yaşının gecikməsinə gətirib çıxara bilər. Əksər gənclərdən eşidilən "Evlənənlər nə edib?!" sualı isə əslində, onun böyüdüyü və ya ətrafındakı ailə modellərinin ürəkaçan olmamasından xəbər verir. Digər bir tərəfdən valideynlərin tərbiyə üsulu dəyişdikdə gənclərin ailə qurmağa münasibəti də dəyişə bilər. Unutmaq olmaz ki, qız və ya oğlan fərq etməz, insan özünü evliliyə hazır hiss etdikdə, özünəinamı olduqda, ortaq həyat yaşaya bilmək bacarığına əminlik yarandıqda ailə həyatı arzulaya bilər.