• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4420
— 19.07.2019 12:23

Tovuzda müəllim hündürlükdən yıxılaraq ölüb

KepezTV Player

Tovuz rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini, 56 yaşlı Ələsgər Rüstəmov evinin damında təmir işləri apararkən onu arı sancıb. Bundan sonra hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Başından zədə alan Rüstəmov yerindəcə keçinib. O,Tovuz rayonu Mahir Ələkbərov adına orta məktəbin tarix müəllimi olub. Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.