• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 18.07.2019 20:55

Ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihənin Gəncədə icarsına başlanılıb. Əsas məqsəd əmək, tibb, sosial təminat, ailə, təhsil və s. sahələrdə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım günlərinin təşkil edilməsidir. 6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində bölgələrdə “Sosial qanunvericiliyin müasir vəziyyəti və perspektivləri” mövzusunda ictimai müzakirə keçiriləcək.Çətin həyat şəraitində olan şəxslərə əmək, pensiya, müavinət, tibbi yardım, mənzil və s. hüquqları ilə bağlı məlumatlar, onların hüquqlarının müdafiəsi üsulları və sosial qanunvericiliyin təkmilləşməsi istiqamətində tövsiyyələr verilir. Layihədə həmçinin vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkili edilməsi nəzərdə tutulur.