• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 18.07.2019 12:30

Yayda infeksion xəstəliklərə yoluxma riski artır

KepezTV Player

Yay ayları bağırsaq infeksiyalarının yayılması üçün ideal dövr hesab olunur. Sözügedən mövsümdə müşahidə olunan optimal temperatur bakteriyaların çoxalması üçün münbit şərait yaradır.

İradə Dəmirova şəhərin baş infeksionisti: Havaların isinməsi isə əlaqədar bir çox bağırsaq infeksiyaları müşahidə olunur. Tez-tez kalitlər, entro-kalitlər, salmaniozlarla bağlı müraciətlər olur.

İnfeksion xəstəliklərin artmasının digər səbəblərdən biri də sanitar-gigiyenik qaydalara doğru-dürüst riayət edilməməsi, meyvə-tərəvəzin düzgün yuyulmamasıdır.

Şirin Əhmədova həkim-infeksionist: Yaxşı olar ki, tərəvəzi tamam təmizlədikdən sonra soyuq suda isladıb, sonradan axar su altında dəfələrlə yuyulsun, suyun çəkildən sonra qaynar su axıdılsın.

Gigiyenik normalar qədər, hazırlanmış yeməklərin saxlanma texnologiyasını diqqətdə saxlamaq da əsas şərtdir. Çünki bu kimi normalara düzgün riayət edilmədikdə, bağırsaq infeksiyasına yoluxmaq ehtimalı çoxalır və o özünü müəyyən əlamətlərlə büruzə verir.

İradə Dəmirova şəhərin baş infeksionisti:  Xəstələrdə ümumi halsızlıq, ürək bulanma, qusma, bəzən temperaturun yüksəlməsi, qarında sancı şəkilli ağrı və yaxud ishal müşahidə olunur. Bəzən ishalın sayı çox olanda susuzlaşma, qıc olma baş verir. Təzyiq düşür, belə olduqda xəstələrdə həyatını itirmə də baş verə bilər.

Ona görə də maksimum diqqətli olmalı, sadalanan hallar müşahidə olunduqda ağırlaşmamaların yaranmaması üçün vaxtında həkimə müraciət edilməlidir. Nəzərə almaq lazımdır ki, bağırsaq infeksiyasına yoluxan xəstəyə ev şəraitində hər hansı müdaxilə düzgün deyil.