• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 17.07.2019 20:30

İşəgötürən təşkilatlar 5400 manat cərimələniblər

KepezTV Player

21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində bu ilin 6 ayı ərzində 120 şikayət məzmunlu ərizə, idarə və müəssilərdən göndərilən 21 məktub araşdırılaraq cavablandırılıb. Xidmətə daxil olan müraciətlərin araşdırılması zaman əsasən işəgötürənlər tərəfindən əmək haqlarının vaxtında ödənilməməsi, zərərə görə ödənişlərin gecikdirilməsi və sosial xarakterli ödənişlərin işçilərə verilməməsi haları aşkarlanıb. İlin cari dövrü ərzində 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi müraciətlərdə 3 halda inzibati xəta aşkar edərək işəgötürən təşkilatlara ümumilikdə 5400 manat cərimə sanksiyası tətbiq edib. Əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi, işçilərin hüquqlarının qorunması məqsədilə qurum Gəncə şəhəri ilə yanaşı, Samux və Göygöl rayonlarında işəgötürənlərlə maarifləndirici görüşlər də keçirib.