• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 16.07.2019 19:15

Xanımlar arasında fitnesə maraq artıb

KepezTV Player

İdman sağlamlıqdır. Bunu hamı bilir. Amma bəziləri idmanla məşğul olsa da, əsas hədəfi sağlamlıq yox, gözəl bədən quruluşudur. Etiraf etməliyik ki, bu gün xüsusən, xanımlar arzuolunan bədən formasına sahib olmaq üçün çox şeydən keçməyə hazırdılar. Bəzən sağlamlıqlarından da...

Hazırda şəhərimizdə kifayət qədər idman zalı fəaliyyət göstərir. Sevindirici haldır ki, son vaxtlar məşqlərə üz tutanlar arasında xanımların sayında artım müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, əvvəlki illərlə müqayisədə zərif cinsin nümayəndələri arasında fitnesə maraq xeyli artıb.

Gülnarə Kazımova məşqçi: Hər yaşda xanımlar müraciət edir. Hətta məktəbli qızlar da. Müxtəlif problemləri aradan qaldırmaq üçün məşqlərə qoşulurlar. Kimisi kökəlmək, kimisi arıqlamaq, kimisi eyni çəkidə qalıb ideal bədən quruluşuna sahib olmaq üçün. Elə xanımlar var ki, 1-2 dəfə gəlməklə nəticə əldə etmək istəyirlər. Amma bu qədər vaxt sərf etməklə nəticə əldə etmək olmur. 1 ay ərzində bədəndə müəyyən fərqi hiss edirsən,tam formaya düşmək üçün ən azı 3-6 ay arası vaxt lazımdır.)</span>)<br>(<span style="color:red">(K/A)</span>) İdeal bədən üçün fitnesə üz tutarkən bəzi məqamlara diqqət etmək gərəkdir. Elə etmək lazımdır ki, çəki düşərkən piy qatı azalsın.

Günay Səfiyarova məşqçi: Gərək həm zal, həm treiner yaxşı olsun. Bir də qidaya diqqət etmək vacibdir. Sadəcə məşq eləməklə istənilən nəticəni əldə etmək olmur. Bədən forması pozulmuş çox xanımlar gəlir. Hamı bilməlidir ki, məşq düzgün keçilmirsə bədənin pozulmağı normaldır.

Məşqçilərin sözlərinə görə, bu gün hətta 65-70 yaş arası xanımlar da fitnesə müraciət edirlər. Müxtəlif yaş kateqoriyasından olan insanlar fitnes trainer ilə birlikdə xarici görünüşlərində bəyənmədiyi, fərqli problemlərin həllinə fokslanırlar.

Gülnarə Kazımova məşqçi: Əgər xanım kökəlməyə gəlirsə, biz ona düzgün qidalanmağı barədə məlumat veririk. İdmanla paralel olaraq, hansı qidalardan istifadə etsə daha tez nəticə əldə edə biəcəyini söyləyirik. Eləcə də arıqlamaq arzusunda olan xanımlar üçün. Kolorisi aşağı qidalar barədə məlumatlandırırıq. insanlar arasında yalnış fikir formalaşıb ki, ac qalmaqla arıqlamaq mümkündür. Bu əslində belə deyil. Ac qalmaqla arıqlamaq mümkün deyil, ac qalanda çəki yerində qalır, azalmır.

Nə az, nə çox 4 ildir ki, fitnes trainer kimi fəaliyyət göstərən Günay Səfiyarova həm xanımlara, həm də 16-yaşa qədər oğlanlara məşq keçir. Onun sözlərinə görə, bəylərdən fərqli olaraq xanımlar, əzələ kütləsi yığmaq üçün deyil, daha çox çəki atmaq üçün fitnesə üz tuturlar. Hər bir halda ehtiyatlı davranmaq laızmdır. Çünki düzgün edilməyən məşqlər ciddi fəsadlara səbəb ola bilər.

Günay Səfiyarova məşqçi: Fitneslə düzgün məşğul olmamaq bədən quruluşunun pozulmasına, düzgün yerlərdə əzələ çıxmasına, biləyin zədələnməsinə gətirib çıxara bilər. Avandanlığın ağırlığının düzgün seçilməsi də vacibdir. Hamısını stabil etmək lazımdır.

Hər kəs öz sağlamlığının qayğısına qalmalıdır. Amma gərək yadda saxlayaq ki, qadının etdiyi ağır məşqlər səhvi bağışlamır, xanımda gözəllik yox, kobudluq yaradır. Azərbaycan xanımlarına isə sözsüz ki, incəlik, zəriflik yaraşır.