• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 16.07.2019 20:02

Metroda siqaret çəkən cərimələndi

KepezTV Player

Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub. Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən qeydə alınan videogörüntülar araşdırılaraq qısa zamanda həmin şəxsin kimliyi müəyyən edilib.Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.Ceyhun Fərəcullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ilə protokol tərtib edilərək cərimə olunub.Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt  Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.