• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3714
— 16.07.2019 20:52

Gəncədə Ümumdünya Əhali Gününə həsr edilən regional konfrans keçirilib

KepezTV Player

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu ilə birlikdə Gəncədə Ümumdünya Əhali Gününə həsr edilən regional konfrans keçirib. Tədbirdə Gəncə ilə yanaşı, ətraf rayonların icra hakimiyyəti orqanları, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, ictimaiyyət nümayəndələri, fəal qadınlar, sahibkarlar və gənclər iştirak ediblər.

Konfransın təşkilində məqsəd Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyasının başlanmasının elan olunması, həmçinin respublikanın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həllində, habelə insan hüquqları sahəsində əldə edilən uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla, vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Ombudsman Elmira Süleymanova konfransda çıxış edərək 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilən “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. İlk dəfə olaraq 1990-cı ildə qeyd edilən Ümumdünya Əhali Gününün əsas məqsədi dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarətdir.