• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2069
— 16.07.2019 17:15

Gədəbəydə ordudan tərxis olunan gənclərlə görüş keçirilib

KepezTV Player

Gədəbəy rayonunda Ordudan yeni tərxis olunmuş gənclərin bir qrupu ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Çıxış edənlər hərbi xidmətdən tərxis olunmuş gəncləri xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi polkovnik-leytenant Eldəniz Süleymanlı çağırışçı-gənclərin həqiqi hərbi xidmətə yola salınması və hərbi xidmətdən tərxis olunanların qarşılanması mərasimlərinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə keçirilməsinin  rayonda artıq ənənə halını aldığına diqqət çəkib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, düşmənin təxribatçı əməllərinin qarşısının alınması və onlara sarsıdıcı zərbənin endirilməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaradıb.  Çıxışlarda ordudan tərxis olunan gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Silahlı Qüvvələrimizin rolundan və hərbi qüdrətindən danışılıb. Tədbirin sonunda ordu sıralarından tərxis olunmuş gənclərə hərbi bilet və qiyməli xatirə hədiyyələri təqdim olunub.

Etibar Hüseynov tərxis olunan: Hərbi xidmətimizi başa vurub ordu sıralarından ehtiyyata buraxıldıq. Ehtiyyata buraxılmağımıza baxmayaraq hər an cənab Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edib üzərində türkçülüyümüzü müasirliyimizi demokratikçiliyimizi və islamçılığımızı əks etdirən üçrəngli bayrağmızı Dağlıq Qarabağda dalğalandırmağa hazırıq.

Aydın Tapdıqov tərxis olunan: Xidmətimi həvəslə yerinə yetirmişəm. Bundan sonra 18 yaşı tamam olan həmyerlilərimə həqiqi hərbi xidmət etmələrini və bu şərəfli yolu layiqincə keçmələrini arzu edirəm. Həmişə yüksəklərdə olan bayrağımızı tezliklə işğal olunmuş torpaqlarımızda dalğalandırarıq.

Natiq Hüseyn