• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 16.07.2019 12:35

Pakistanlı mütəxəssis təlim keçir

KepezTV Player

Bitki Mühafizə və texniki bitkilər elmi tətqiqat institutunun əməkdaşlarına məhsuldar pambıq sortlarının əldə edilməsi üçün nüvə texnologiyalarının tətbiqi üzrə təlim keçirilib. Təlimdə istənilən nəticəni əldə etmək üçün mutasiya ilə yanaşı biotexnoloji üsulların da tətbiq olunmasının yolları aşılanıb.

Elçin Xəlilov BMTBETİ-nin direktor əvəzi:“Dünyada hansı yeni üsullar tətbiq olunur. Bu təlimdə onlar göstərilir. Bizim əməkdaşlar isə gələcəkdə həmin medodlardan istifadə etməsini əsas götürür. İlkin nəticələr göstərir ki, bir neçə məsarif normasından istifadə etməklə sortların potensial imkanının artırlmasında radiasiyadan istifadə olunmasının mühüm əhəmiyyəti vardır”.

Yaqub Quliyev Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi:“Ötən il Bitki Mühafizə və Texniki bitkilər elmi tədqiqat institutunun 6 əməkdaşı Pakistanın pambıqçılıq institunda təcrübə keçiblər. Bu il daha iki nəfər göndərilib. Məqsəd daha davamlı pambıq sortlarının yaradılmasıdır. Təlimin məqsədi ondan ibarətdir ki, nüvə tenxologiyasının tətbiqi ilk dəfədir Azərbaycanda tətbiq edilir. Ona görə bu sahədə alimlərin bu sahədə bacarıqlarının artırlmasına ehtiyac duyulur.

Kənd təsərrüfatı nazirliyi ilə beynəlxalq Atom enerjisi agentliyi arasında Azərbaycanda yeni məhsuldlar pambıq sortlarının yaradılmasında nüvə texnologiyasının tətbiqi layihəsi artıq iki ildir həyata keçirilir. Layihə çərçivəsində bir çox işlər görülüb.

Yaqub Quliyev Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi:Təcrüblər Ucar və Samux rayonunda qoyulub. Bu il birinci nəsil alınacaq. Gələn il isə işlər davam etdiriləcək”.

“Pambıqçılıqda nüvə texologiyalarının tətbiqi” təlimində iştirakçılara  hansı mərhələlərin həyata keçirilməli olduğu izah edilib. Müxtləif əlamətlərin yeni bitki sortlarına keçirilməsi məsələrində nüvə texnologiyasının-mutasiyanın tətbiqi barədə alimlərlə fikir mübadiləsi aparılıb. Təlimi Pakistan Kənd təsərrüfatı nüvə tədqiqatlar institutunun əməkdaşı Məhəmməd Kaşif Riaz Xan aparıb.

Məhəmməd Kaşif Riaz Xan Pakistan Kənd Təsərrüfatı Nüvə Tədqiqatlar İnstitutunun əməkdaşı:“Seleksiyada mutasiyanın tətbiqi bir metodur. Amma bundan başqa dünyada hazırda yeni biotexnoloji metodlar da çıxıb ki, bunlar da mutasiyda tətbiqində prosesi daha da sürətləndirmək yoludur. Bunlar nədir? Hazırda seleksiya işlərində mövcud ənənəvi mutasiya ilə məqsədə çatmaq bir az çətin görünür. Indi yeni tenxologiyalar mövcuddur ki, burada mutasiya vasitəsilə hər hansı məqsəd yəni hədəf çox asanlıqla əldə edilə bilər. Bunlar molekulyar biologiya, biotexnologiya metodlarıdır”.

Pakistan Kənd təsərrüfatı nüvə tədqiqatı institutu 1972-ci ildən seleksiya işlərində nüvə tenxologiyasını tətbiq edir. Bu üsula əldə edilən pambıq sortlarından ölkə ildə 5 mln dollar gəlir əldə edir.