• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4859
— 16.07.2019 12:25

Xəsarət alan gəncəli turist öldü

KepezTV Player

Şəki Xan sarayının həyətində baş verən hadisə zamanı xəsarət alanlardan biri ölüb. Şəki MRX-də müalicə olunan 32 yaşlı Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

O, Gəncə şəhər 26 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyirdi. Hadisə iyulun 14-ü baş verib. Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Təhsil Nazirliyi dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib. Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.