• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 16.07.2019 12:15

Gürcüstan XİN ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb

KepezTV Player

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində baş verən insidentlə bağlı məlumat yayıb. Nazirlik yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb.Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb:“Bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qurpları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir.Vətəndaş qruplarının danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi uğurun mütləq şərtlərindən biridir”.