• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2380
— 15.07.2019 14:55

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırılıb

KepezTV Player

Qəsəbənin telefonlaşdırılması və sürətli internet şəbəkəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC tərəfindən 227 rabitə dirəyi quraşdırılıb. 60 kabel meydançası, 60 abonent qutusu istifadəyə verilib. Eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel kanalizasiya qurğusu tikilib. 3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti montaj işləri görülüb və abunəçilərin internetə rahat qoşulması üçün müasir avadanlıqlar istismara verilib.

Mənsur Nəcəfov sakin:Əvvəllər mobil telefondan istifadə edirdik. Bu da həm cibimizə xərc idi, həm də internetdən istifadə edə bilmirdik. Xərclər artıq idi. İndi bu gün üçün uşaq da dərsə gedəndə məqsədyönlü bundan istifadə edəcəyik

Qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU-Optik şəbəkə nöqtəsi quraşdırılıb. 2130 metr fiber optik kabel çəkilib. Daxili xətt şəbəkəsinin qurulması üçün təxminən 1000 metrə yaxın kabeldən istifadə olunub.

Elçin Cabarov “Aztelekom”un Departament direktoru:Xocalı və Kəlbəcərdən qaçqın düşmüş vətəndaşlarımız üçün salınan bu qəsəbəni müasir texnologiyalara əsaslanan təmin etmişik. Bu avadanlıq imkan verəcək ki, qəsəbə sakinləri bizim xidmətlərdən istifadə etsinlər. Əlbəttə ki, həyata keçirilən layihələrimiz davamlıdır və digər bölgələrimizi də əhatə edəcək

Ölkəmizin müxtəlif regionlarında mövcud olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış qəsəbələrində rabitə xidmətini daha da yaxşılaşdırmaq və abunəçiləri sürətli internet şəbəkəsi ilə təmin etmək üçün layihələr davam etdiriləcək.