• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1645
— 15.07.2019 14:50

Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələri xatırlandı

KepezTV Player

“2016-cı il iyul ayının 15-də Türkiyə növbəti dəfə dövlət çevrilişi astanasında oldu. Xalqın iqtidarla birliyi bir qrup xain hərbiçinin dövlət çevrilişinə cəhdinə imkan vermədi. Bu mübarizədə 251 nəfər türk vətəndaşı şəhid oldu, 1500-ə yaxın insan yaralandı”. Bu fikirlər Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar tədbirdə səsləndirilib. Konsul Zəki Öztürk dövlət çevrilişinə cəhdin demokratiyaya və Türkiyə dövlətinə qarşı xaincəsinə cinayət olduğunu diqqətə çatdırıb. Diplomat Türkiyənin bu çətin vəziyyətə düşməsinə baxmayaraq, xalqın birliyi və səyi nəticəsində dövlət çevrilişinə cəhdin qarşısının alındığını, cinayətin təşkilatçılarının müəyyən olunaraq həbs edildiyini, bəzilərini isə ölkədən qaçdığını vurğulayıb. Konsul Zəki Öztürk bu dövrdə qardaş Azərbaycanın hər zamankı kimi Türkiyə xalqının yanında olduğunu və Türkiyə dövlətinə dəstək göstərdiyini xüsusi qeyd edib. Tədbirdə 2016-cı il iyulun 15-də Ankara və İstanbulda baş verən qanlı hadisələrə həsr olunan film nümayiş etdirilib.