• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 15.07.2019 12:32

Gəncə Dövlət Filarmoniyasında konsert proqramı baş tutub

KepezTV Player

"Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı baş tutub. Festivalın Əməliyyat Komitəsinin təşkil etdiyi musiqi gecəsində muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva,“O Səs Türkiyə” yarışmasının finalçısı Leyla Cəlilin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirin keçirilməsində əsas məqsəd Avropa Gənclər Olimpiya Festivalının dəyərlərinin, habelə idman və sağlam həyat tərzinin əhali arasında təbliğidir. Konsertin 2019-cu il Avropanın idman şəhəri olan Gəncədə keçirilməsi isə təsadüfi deyil. Tədbirin təşkilinə "Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri də cəlb olunub. Festival iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək.