• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 13.07.2019 14:16

Dram Teatr mövsümü yekunlaşdırdı

KepezTV Player

Gəncə Dövlət Dram Teatrında 124-cü teatr mövsümünə yekun vurulub. Kollektiv bağlanış günü Nodar Dumbadzenin 150 illik yubileyinə həsr olunan “Hellados” əsəri ilə tamaşaçılar önünə çıxıblar. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır. Ötən mövsüm müxtəlif ölkələrə 4 dəfə qastrol səfəri edən Gəncə Dövlət Dram Teatrı “Matruşka”, “Xərabət gözəli” və “Hamlet” kimi tamaşaları nümayiş etdirib. Teatr yeni mövsümü sentyabrın sonlarında açacaq.