• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 13.07.2019 14:09

Türk filminin nümayişi olub

KepezTV Player

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə növbəti dəfə türk filmlərinin nümayişi təşkil olunub. Bu dəfə kinosevərlərə “Ankaranın yazı, vəda məktubu” filmi təqdim edilib. Ekran işində 1980-ci ildə Türkiyədə dövlət çevrilişi ərəfəsində cərəyan edən hadisələrdən, bir ailənin övladının haqsız yerə cinayət məsuliyyətinə cəlb olunmasından bəhs edilir. Ssenari müəllifi Deniz Aydenk, rejissoru Kemal Uzun olan filmdə Gürkan Uygun, İpek Tuzcuoğlu, Münir Can Cindoruk, Burçin Abdullah kimi məşhur aktyorlar rol alıb. Dram janrında çəkilən ekran işi tamaşaçılarda dərin təəssürat yaradıb.