• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2420
— 13.07.2019 14:20

Goranboyda narkotik əkib becərən şəxs saxlanılıb

KepezTV Player

Rusiyadan gətirdiyi narkotik tərkibli bitkinin toxumlarını həyətində əkdi, amma Goranboy polisi niyyətinə sonacan çatmasına imkan vermədi. Keçirilən əməliyyatla həmin şəxsin yaşadığı evdən külli miqdarda marixuana aşkarlandı.

Goranboy Rayon Polis Şöbəsinə Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib və 24 ədəd çətənə kolu aşkarlanıb. Aqronomların iştirakı ilə bitkilərə baxış zamanı onların aqrotexniki qaydada qulluq edilərək yetişdirildiyi öz təsdiqini tapıb. Hüseynovun evində axtarış aparan polis əməkdaşları oradan külli miqdarda qurudulmuş marxiuana da aşkarlayıblar.

Elnur Heydərli - Goranboy RPŞ İstintaq bölməsinin rəisi: “Elman Hüseynovun yaşadığı evə və evin həyətində yerləşən tövləyə baxış keçirilən zaman evdən və tövlənin dam hissəsindən cəmi 5 kiloqram 727 qram çəkidə narkotik vasitə olan qurudulmuş marxiuana tərəfimzidən aşkar edilərək götürülüb. Hər iki faktla əlaqədər Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. Elman Hüseynov şübhəli şəxs qismində saxlanılıb”.

Saxlanılan şəxs 30 ildən artıqdır narkotik aludəçisi olduğunu və həmin bitkiləri də şəxsi istifadəsi üçün əkib-becərdiyini deyib. Çətənə kollarının toxumlarını isə xaricdən gətirdiyini bildirib.

Elman Hüseynov - saxlanılan şəxs: “Toxumları Rusiyadan gətirmişəm. Öz həyətimdə özüm üçün əkmişdim. 32 ildir bunun çəkəniyəm. Pul verib almamaq üçün  bunu əkmişdim”.

Hərçənd Elman Hüseynovun 5 kiloqramdan artıq qurudulmuş marixuanın kibrit qutularında qablaşdıraraq  şəxsi istifadəsi üçün saxlaması heç də inandırıcı səslənmir. Polis araşdırmalarını davam etdirir. Saxlanılan şəxsin əməlinə istintaqın yekununda hüquqi qiymət veriləcək.

 

Natiq Hüseyn