• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 12.07.2019 20:38

Kəpəz TV-nin əməkdaşına yubiley medalı verilib

KepezTV Player

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsisi ilə bağlı qərar may ayında qəbul edilib. Medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində, təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlər göstərən şəxslər təltif olunublar. Onlardan biri də Kəpəz Müstəqil Teleradio Şirkətinin əməkdaşı Ayaz Hüseynovdur.

Ayaz Hüseynov mükafatçı:Medalla təltif olunmağıma çox sevindim. Dövlət mükafatının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusilə gənclərə verilməsi bizlərdə əlavə məsuliyyət yaradır ki, vətən, millətimiz, xalqımız üçün gələcəkdə də xüsusi səylə əzmlə çalışaq. İstər Cümhuriyyət yolunda, istərsə də tarixi, milli ənənələrimizi əks etdirən verilişlərimizlə insanların maariflındirlməsinə xidmət edək. Bu mükafatın xüsusilə Kəpəz televiziyası ilə mənə təqdim olunması onu göstərir ki, son 10 ildə Kəpəz televiziyasında, rəhbərlik tərəfindən bizə tapşırılan göstərişə əsasən çoxlu sayda Cümhuriyyətlə bağlı işlər görmüşük.

Kəpəz TV-nin AXC ilə bağlı layihələri sırasında “Difai hamisi”, “Cümhuriyyətin Gəncə dövrü”, “Bir nazirin taleyi”, “Keykurun”, “Xudadat bəy”, “Bayraq altında” və s. çoxsaylı ekran işləri var. Son olaraq televiziya cümhuriyyətin 100 illiyinə töhfə kimi "Ömrə müqabil müstəqillik" filmini ərsəyə gətirib. Filmin çəkilişləri ölkə hüdudlarından kənarda da aparılıb.

Ayaz Hüseynov mükafatçı:20-dən artıq sənədli filmə imza atmışıq. Tək Cümhuriyyət tarixi ilə bağlı deyil, Cümhuriyyət qurucularının həyatının araşdırılması istiqamətində işlərimiz var. Son işimiz “Ömrə müqabil müstəqillik” adlı bir film oldu. Bu, bir çox yerlərdə çəkildi, hətta Tiflisdə Cümhuriyyətin elan edildiyi binada, Cümhuriyyət qurucularının məzarları önündə bu film ərsəyə gəldi.

Yeni layihələr üzərində çalışan Ayaz Hüseynov xüsusilə Cümhuriyyətin beşiyi olan Gəncə ilə bağlı araşdırmalar aparır. “Heydər Əliyev Fondu və Gəncə”, “Gəncənin yerdəyişmələri”, “Gəncənin memarlığı”, “Cümhuriyyət qurucularının həyatı və keçdikləri yol”la bağlı bir neçə ssenari üzərində işləyir.