Gəncə Dövlət Universitetində Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan tədbir keçirilib. Çıxışlarda dahi şəxsiyyətin 1969-cu ildə ölkə hakimiyyətinə gəlişindən sonra Azərbaycan tarixində böyük dönüş dövrünün başladığını, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlar mərhələsinə qədəm qoyulduğu vurğulanıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, ulu öndərin uzaqgörən siyasətindən, dövlətçilik fəaliyyətindən söz açılıb. Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi, hərtəfəli inkişafa nail olunması, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, ulu öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
- Baxış: 378