• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2322
— 12.07.2019 21:34

Külək fəsadlar törətdi

KepezTV Player

Günorta saatlarından Qərb bölgəsində əsməyə başlayan güclü külək fəsadlar törədib. Şəhərin bir neçə küçəsində ağaclar kökündən çıxıb. Heydər Əliyev prospekti ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində çinar ağacı Mercedes markalı maşının üstünə aşıb. Daha bir ərazidə isə ağac “Hyundai” markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Hadisələr zamanı xəsarət alan olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, küləyin maksimal sürəti Gəncədə saniyədə 23-28 metrə çatıb.

Gədəbəydə diametri 11 mm olan dolu qeydə alınıb. Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.