• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4095
— 12.07.2019 12:17

Daşkəsəndə 2 tondan çox narkotik tərkibli bitki məhv edilib

KepezTV Player

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində əməliyyat keçiriblər. Rayonun ən ucqar yaşayış məntəqələrindən olan Astaf kəndinin ərazisində meşə massivində yabanı halda bitən çətənə kolları aşkarlanıb. Ümumi çəkisi 2 ton 212 kq, hündürlüyü 1-3 metr olan 6131 ədəd kol yandırılaraq məhv edilib. Ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 2 tona yaxın çətənə kolları aşkarlanaraq məhv olunub.

Natiq Hüseyn