• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 11.07.2019 12:30

Gəncədə şəhid polislərin xatirəsi anılıb

KepezTV Player

Gəncənin Şəhidlər Xiyabanında ötən il şəhərdə baş verən iğtişaş zamanı qanunsuz hərəkətlərin qarşısını almaq üçün xidməti vəzifələrini yerinə yetirərkən qətlə yetirilən polis zabitlərinin xatirəsi anılıb. Şəhid polislər - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasovun məzarları önünə əklil qoyulub, ruhlarına dualar edilib.

Tahir Abbasov Səməd Abbasovun qardaşı: Şükürlər olsun ki, xalqımızın əmin-amanlığı yerindədir. İki şəhid vermişik. Millətimizin başı sağ olsun.

Gəncə hadisələri Azərbaycanda dövlətçiliyin möhkəmliyinin, xalqının iradəsinin sarsılmazlığının daha bir sübutu oldu. Bu hadisələr göstərdi ki, istər daxili, istər xarici qüvvələr tərəfindən ölkədə ictimai sabitliyi pozmaq cəhdləri əbəsdir və bu niyyətə düşənlər heç bir halda öz istəklərinə nail ola bilməyəcəklər.

Məhəmməd Hümbətov veteran polis əməkdaşı: Azərbaycan polisi tarix boyu çoxlu şəhidlər verib. Vətəni, torpağı, milləti, ictimai asayişi qorumaq yolunda çoxları şəhid olub. Ancaq İlqar Balakişiyev və Səməd Abbasovun faciəsi bunlar hamısı təsadüfi, dini eksterimizm yolunda gedən insanların niyyətinin son nəticəsi oldu.

Anım tədbirində Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhidlərin ailə üzvləri, polis əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.