• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3344
— 10.07.2019 20:45

Gəncədə sənaye emalatxanası açılıb

KepezTV Player

“Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” proqramı çərçivəsində Gəncədə reallaşdırılan layihənin icrasına 1 milyon 600 min avro vəsait ayrılıb. Bu barədə məlumat verən təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, layihə bölgənin peşə təhsili sisteminin mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırılmasına kömək edəcək. Emalatxana isitmə, havalandırma və soyutma sistemləri, mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti, dağ-mədən işləri, moda və dizayn, plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə ixtisaslaşır və tələbələrdə sənayeyə uyğun vərdişlərin aşılanmasına xidmət edir.

İdris İsayev təhsil nazirinin müavini:Bir müddət əvvəl, əmək bazarının qiymətləndirilməsi aparıldıqdan sonra, bölgənin sənaye mərkəzi kimi tanınan Gəncə üçün prioritet sahələr kimi Mərkəzin altı əsas fəaliyyət sahəsi müəyyənləşdirilib. Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır. Tələbələr altı ixtisasdan biri üzrə gələcək karyeralarını qurmaq  və yeni açılan emalatxanada gələcəkdə əmək fəaliyyətində rastlaşacaqlarıavadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.

Emalatxana dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Aİ və BMT İnkişaf proiqramının birgə layihəsinin məqsədi Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərməkdir.