• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 09.07.2019 20:34

Vergi və DSMF bəyannamələri birləşdiriləcək

KepezTV Player

Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada veriləcək. Bu barədə Kəpəz televiziyasına 12 saylı Ərazi Vergilər Departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin müdiri Adil Şükürov məlumat verib. Onun sözlərinə görə, muzdlu işlə bağlı gəlir vergisi, məcburi dövlət sosial sığortası bəyannamələri və işsizlikdən sığorta üzrə hesabatlar birləşdiriləcək.

Adil Şükürov 12 saylı Ərazi Vergilər Departamentinin şöbə müdiri: Vergi inzibatçılığının təkmilləşməsi baxımından, həm də sahibkarların işinin daha da asanlaşdırılması baxımından yaxın gələcəkdə vergilər nazrliyi tərəfindən vergi orqanına təqdim olunmuş hesabatlarla Dövlət sosial müdafiə fondunun təqdim olunmuş məcburi dövlət sosial sığorta üzrə hesabatların birləşdirlməsi nəzərdə tutulur. Bir hesabatla gələcəkdə bütün informasiyalar vergi orqanına birgə təqdim olunacaq. Bu da sahibkarların işini daha da asanlaşdıracaq. Bu hazırda test rejimində yoxlanılır. Bütün proseslər hazır olandan sonra təqdim olunacaq.

Bu xüsusi standart “Excel” forması olacaq. Həmin sənəd sistemə import edildikdə bütün sənədlərin tələbləri vahid bəyannamədə müvafiq bölmələrdə doldurulacaq. Bu yenilik həm ölkəmizin “Doing Business” hesabatlarında irəli getməsinə, həm də sahibkarların işinin rahatlaşmasına böyük dərəcədə kömək göstərəcək.