"İrəli” İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Marş İrəli” layihəsi başa çatıb. Goranboy rayonunda reallaşdırılan layihənin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin işçi heyəti və layihə iştirakçıları N saylı hərbi hissənin əsgərləri ilə görüşüblər.
“Bu gün Azərbaycan siyasi-iqtisadi gücünə, həmçinin hərbi potensialına görə regionda lider ölkədir. Vətənə, xalqa, dövlətə xidmət üçün vətənpərvər ruhda gənclərin yetişməsinə dəstək olmaq ən ümdə vəzifələrdən biridir”. Bu fikirlər "Marş İrəli” layihəsinin bağlanış mərasimində səsləndirilib. Bu, "İrəli” İctimai Birliyinin açıq hava şəraitində təşkil etdiyi ikinci hərbi-vətənpərvərlik düşərgəsidir. "Marş İrəli" layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir.
Sadiq Həsənli layihənin koordinatoru: 200-ə yaxın gəncin vətənə faydalı gənc kimi yetişməsi üçün müxtəlif təlimlər və seminarlar təşkil olunub. Müxtəlif fiziki, mənəvi və psixoloji yarışlara cəlb olunduğu bir layihədir. 9 gün əzrində gənclər sürəti, çevikliyi və hədəfi yoxlayan yarışlarda iştirak etdilər.
İnformasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkili ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq layihənin əsas hədəflərdən biri olub. Gənclər ekstremal şəraitdə bir sıra sosial və idman fəaliyyətlərində yer alıb, onlar üçün peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim-məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər, müzakirələr təşkil edilib.
Nicat Şükürlü layihənin iştirakçısı: Qeyd etmək istəyirəm ki, burada işğal olunmuş rayonlarımızı təmsil edən gənclərdən ibarət komandalar iştirak edirlər. Mən şəxsən özüm Kəlbəcər rayonunu təmsil edirəm. Qeyd etmək lazımdır ki, ölkəmizin müxtəlif bölgələrindən 150-dən çox gənc bu layihədə iştirak edir.
Adikə Paşayeva - layihənin iştirakçısı: Belə bir layihəni heç vaxt başqa bir yerdə keçirə bilməzdim. Bunun üçün “İrəli” İctimai Birliyinə və Azərbaycan Gənclər Fonduna böyük minnətdarlığımı bildirirəm. Burada vətənə necə xidmət etməyi və orudunu necə qorumaq, vətəni necə sevmək kimi şeyləri öyrəndik. Burada həmçinin oğlanlarla yanaşı, qızlar da iştirak etdilər.
Tədbir çərçivəsində xidmətdə fərqlənən əsgələr fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə təltif ediliblər. Şən mahnı və rəqslər iştirakçılarda xoş ovqat yaradıb.
Natiq Hüseyn
- Baxış: 578